Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cəmiyyəti, xalqı ağıllı, düzgün idarə etmək əsl sənətdir, siyasi məharətdir

0

  • 2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:- Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.- Azərbaycan iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur.- Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm  müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.- Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir.İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoymuşdur. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut etmişdir.Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etməyə başlamış, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bu yeni kənd təsərrüfatı torpaqları, yeni faydalı qazıntı yataqları, yeni turizm marşrutları, yeni nəqliyyat şəbəkələri, yeni alternativ enerji mənbələri, yeni su resursları və s. deməkdir. Bütün bunlar Azərbaycanın iqtisadi artım potensialını artıran amillərdir.Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkə üçün böyük imkanlar yaratmaqla yanaşı, eyni zamanda uğurla yerinə yetirilməsi tələb olunan yeni böyük vəzifələri də qarşıya qoyur. Həmin vəzifələrdən ilki adıçəkilən bölgələrin həm yaşayış məntəqələri, həm infrastruktur, həm də iqtisadi fəaliyyətlər baxımından demək olar ki, tamamilə yenidən qurulmasıdır.Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun – Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır.Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir. Bu, ilk növbədə, insanların sülh və əmin-amanlıq içində yaşadığı tam təhlükəsiz Qarabağ deməkdir. Azərbaycanla hərtərəfli bütövləşmiş, onun ayrılmaz bir parçası kimi daxili əmək bölgüsü sistemində öz layiqli yerini tutmuş Qarabağ deməkdir. İnkişaf etmiş sənayesi, kənd təsərrüfatı, turizmi, nəqliyyat-kommunikasiya sistemləri, enerji və innovasiya potensialı, insan kapitalı və sahibkarlar təbəqəsi ilə seçilən dayanıqlı və yüksək rəqabətli iqtisadi region deməkdir. Əminik ki, Prezidentin rəhbərliyi altında biz – dövlət vəcəmiyyət olaraq mümkün qədər ən qısa müddətdə arzuladığımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirərək reallaşdıracaq və bununla da Azərbaycanın növbəti uğur hekayəsini yazmış olacağıq.Və bizdə hər zaman qürur hissi ilə deyəcəyik ki, Qarabağ Azərbaycandır. Yaşasın Ali Baş Komandanımız, Cənab İlham ƏliyevSamirə Məmmədova,Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib35 dəfə
    cəmiyyəti xalqı ağıllı düzgün idarə etmək əsl sənətdir siyasi məharətdir

    Maraqlı gələ bilər
    34
    32
    90
    53